EIB Gürcüstana 50 milyon avro ayıracaq

EIB Gürcüstana 50 milyon avro ayıracaq

Avropa İnvestisiya Bankı (EIB) Gürcüstana 50 milyon arvo məbləğində maliyyə yardımı ayıracaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyindən bildirilib.

Vəsait COVAX platforması vasitəsilə koronavirus əleyhinə peyvəndin alınması və COVID-19 xəstələrinin müalicəsi üçün tibbi avadanlıqların alınmasına yönəldiləcək.

Mənbə: report.az