Ermənilərin “kitabı bağlandı”: Türkiyə Ermənistanı öz ərazisindən VURA BİLƏCƏK- Qarabağa hücum olarsa...

Ermənilərin “kitabı bağlandı”: Türkiyə Ermənistanı öz ərazisindən VURA BİLƏCƏK-  Qarabağa hücum olarsa...

“Beynəlxalq Hüquq normalarına əsasən, “Şuşa bəyannaməsinə” görə, müqavilənin şərtlərinə tam icazə verir ki, TürkiyəAzərbaycana qarşı hər hansı bir təxribata tək Qarabağdan deyil, öz ərazisindən də müdaxilə edəcəkdir”.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətov edib. Siyasi şərhçi deyir ki, nəyin ki, Ermənistan, Azərbaycana qarşı hər hansı bir dövlət təxribat edərsə Türkiyə oraya da müdaxilə edərək, Azərbaycana hərbi yardım və kömək edəcəkdir.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında imzalanan Şuşa Bəyannaməsinə, 1921-ci ildə imzalan “Qars müqaviləsi”nin bəzi prinsipləri şamil edilir. “Qars müqaviləsi”nə görə Naxçıvana üçüncü bir dövlət hücum edəcəyi təqdirdə, Türkiyə həmin dövlətə qarşı sərt reaksiya verəcəkdir. “Şuşa bəyannaməsi”nə görə, konkret olaraq Türkiyənin Azərbaycana yalnız Qarabağ ilə bağlı hərbi kömək edəcəyi yazılmayıb.

Müqaviləyə əsasən Türkiyə, Azərbaycanın həm regional, həm də qlobal səviyyədə təhlükəsizliyini təmin etmiş oldu”.

Politoloq bildirdi ki, bundan sonra iki dövlət arasında, mövcud olmuş əlaqələrimiz daha da inkişaf edəcək, eyni zamanda Azərbaycana qarşı hər hansı təcavüz və aqressiya baş verərsə Türkiyə birbaşa müdaxilə edəcəkdir.

“Məhz bu səbəbdəndir ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan müsahibəsində bildirdi ki, “Biz artıq Qarabağdan əlimizi üzdük. Ermənilər də anlamalıdır ki, Azərbaycana qarşı sərhəddə edəcəkləri hər hansı bir təxribat Türkiyənin qəzəbinə səbəb olacaqdır” deyib.

Baş verənlər qarşısında Rusiya da artıq susqunluğunu göstərməklə Qarabağın Azərbaycanın ərazisi olduğunu tanımaq məcburiyyətində qaldı. Bu bəyannamə Türkiyənin təkcə Cənubi Qafqazda deyil, eyni zamanda Mərkəzi Asiyada mövcudluğuna böyük imkanlar yaratdı”.

Samir Hümbətov vurğuladı ki, bundan sonrakı mərhələdə Türkiyənin Azərbaycanla birgə Avrasiya materikində qlobal gücə çevrilmə prosesi daha da inkişaf edəcəkdir. Xüsusilə "Zəngəzur dəhlizi"nin açılması ilə bu proses daha da sürətlənəcək.

Gülbəniz Hüseynli 

Mənbə: metbuat.az