"2018-ci ildən sonra PUA-lar almaq planını dayandırıblar" - Köçəryan

"2018-ci ildən sonra PUA-lar almaq planını dayandırıblar" - Köçəryan

"Bir tərəfdən Ermənistanın kənar hissəsində yaşayırsınız, digər tərəfdən ölkə o qədər kiçikdir ki, bu kənar hissə çox uzaq deyil". Ordu.az xəbər verir ki, bunu seçicilərlə görüş zamanı çıxışında Ermənistanın ikinci prezidenti, "Hayastan" ittifaqının siyahısına başçılıq edən Robert Köçəryan deyib.

Robert Köçəryan qeyd edib ki, onlar bu müharibə zamanı əslində Azərbaycan Ordusunun kəskin üstünlüyünü görüblər.

"Aprel döyüşlərindən sonra PUA-lar almaq planı hazırlanıb, lakin bir hissəni almağı bacarıblar, 2018-ci ildən sonra planı dayandırıblar. Yanlış qərarlar nəticəsində böyük sayda qurbanlar vermişik", - deyə o bildirib.

Alpər Mövludoğlu

 

Mənbə: ordu.az