Yalançı Robert, yoxsa “uğursuz” baş nazir? - Ermənilərin seçimi

Yalançı Robert, yoxsa “uğursuz” baş nazir? - Ermənilərin seçimi

...Deyim ki, ermənilər haqqında xoş olmayan fikirlər hələ qədimlərdə formalaşıb. Təbii ki, bu əsassız da deyil, çünki əsas olmasaydı bütöv bir xalq haqqında belə mənfi fikirlər formalaşa bilməzdi.

Nə isə, keçək mətləbə...yəqin xatırlamış olarsınız, bir neçə gün bundan əvvəl, erməni televiziya kanallarından birinə müsahibə verən sabiq erməni prezidenti Levon Ter-Petrosyan xalqı üçün artıq hər şeyin bitdiyini, yəni bütün dünyanın Qarabağı Azərbaycan torpağı hesab etdiyini demişdi: “Bütün dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycan ittiham etmədi. Bu dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi”. Əslində, bunları sabiq erməni prezidentinin etirafı kimi qə qəbul etmək olardı.

Yəni, o bunları deməklə millətinə onların apardığı “mabarizənin” əsasız olduğunu və onların bu oyunları davam etdirəcələri təqdirdə Ermənistanda qalan azsaylı erməniləri də güdaza verəcəklərini çatdırmaq istəmışdı. Amma, “...həmişə öz xalqlarının xilaskarlarından daha çox cəlladı olan “qəhrəmanlar”dan növbəti biri olmaq istəyən Vazgen Manukyan Ter-Petrosyanın bu baxışlarını siyasi praqmatizmin primitiv bir halı kimi dəyərləndirərək onu köhnə fikirlilikdə ittam edib.

Yəni, Ter-Petrosyan vaxtilə Ermənistanın prezident olsa da, indi zaman dəyişib, yəni onun siyasi baxışları köhlənib. Hə, indi nə olsun ki, dünya belə “düşünür”, “şəxsən mən, yəni Vazgen belə düşünmürəm”... Bəli, bu hazırda ermənilərə baş nazir olmaq istəyən Manukyanın düşüncələridir... əsil erməniyə xas olan primitiv düşüncə...

Amerikalı prezident Avraam Linkoklnun belə bir fikri var, deyir ki, “...hər kəsi bir dəfə, bəzilərini isə hər zaman aldada bilərsiniz, lakin hər kəsi hər zaman aldada bilməzsiniz...” İndi nə demək istəyirəm?

...Belə bir deyim var, oğru həmişə oğurluq edəndən sonra, başqalarını yayındırmaq üçün “tutun oğrunu” deyə qışqırar...elə Robert Koçaryan kimi.

Beləliklə, yenidən ermənilərə liderlik etmək üçün neçə müddətdir ki, yalanlar uyduran Robertə qarşı, deyəsən, elə ermənilərin arasınada bir “dur” deyən “insaflı” tapılıb. Həmin “insaflı erməni” Robertə xitabən, onun bu günə qədər Paşinyan barədə söylədiyi “bivec”, “satqın” və daha nə bilim hansı alçaldıcı ayəmələri qəbul etdiyini bildirsə də, amma Robertin Nikola yapışdırmaq istədiyi “korrupsioner” ayəməsini qəbul etmədiyini deyib. Maraqlıdır ki, o hətta Ermənistanda ən böyük korrupsionerin məhz Robert Koçaryanla, Serj Sarkisyanın olduğunu da öyləməkdən çəkinməyib.

Qeyd edim ki, həmin “insaflı erməni” fikirlərini elə təkcə Robert Koçaryan üzərində dayanmaqla əsaslandırıb.

1998-2008-ci, yəni Koçaryanın erməni przidenti olduğu və hətta ondan sonrakı, Sarkisyanın hakimiyyətliyi dövründə bütün Ermənistan iqtisadiyyatının oğurluq üzərində qurulduğunu deyən, “insaflı erməni” bir daha Koçaryana dövlətin pullarını oğurlaığını xatırladır: “Koçaryanın hakimiyyəti dövründə ən çox varlanan Robertin yaxın ətrafdakı insanlar olub. Belə ki, o zaman Ermənistanda ilk oliqarxlar, nazirlər və milyoner məmurlar meydana çıxmağa başladı. Təbii ki, bütün bunlar bir dəqiqə belə olsun özünü və ətrafını unutmayan Koçaryanın icazəsi ilə baş verirdi. Əgər belə olmasaydı, illik büdcəsi cəmi 2,5 milyard dollar olan bir ölkənin rəhbəri 4-5 milyard dollardan artıq olan bir sərvəti necə qazana bilmişdi? Bu gün Ermənistanda Koçaryanın iş adamı Silva Ambarsumyanın şirkətin verilən sənədi lisenziyalaşdırmaq üçün ondan aldığı 3 milyon dollar rüşvətlə bağlı qalmaqal hələ də unudulmayıb”.

Qeyd edim ki, həmin “insaflı erməni” bunları deməklə, Nikol Paşinyana qahmar çıxmaq istəmədiyini etiraf etsə də, amma o Robert Kocaryanın da kim olduğunu onun seçicilərinə xatırlatmağı lazım bilib. Buna baxmayaraq, o, diktator davranışları ilə korlanmış Robert kimi bir baş nazirlə yaşamaqdansa, Nikol kimi uğursuz bir baş nazirlə yaşamağın daha yaxşı olduğunu etiraf edir.

Ağasəf Babayev

Mənbə: sia.az