"Paşinyanın son mitinqə əlində çəkiclə gəlməsi..."

"Paşinyanın son mitinqə əlində çəkiclə gəlməsi..."

“Ermənistanda daxili vəziyyət sözün əsl mənasında gərgindir. Hələ heç bir ölkədə rast gəlinməyən siyasi qarşıdurmanı görməkdəyik. Siyasi qüvvələrin hər hansı bir kompramisə gedəcəyi, hər hansı ortaq məxrəcə gələcəyinin əlamətləri belə görünmür”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Ekspertin sözlərinə görə, meydanı qızışdıran isə əsasən Qarabağ klanıdır: “Robert Koçaryan, Serj Sarksyan və onların ətrafında quyruq bulayan kiçik müxtəlif partiyalardır ki, onlar Paşinyana qarşı birləşiblər. Özü də, Paşinyana qarşı çox ədəbsiz mübarizə formalarından istifadə edirlər. Fikrimcə, Paşinyanın Ermənistan cəmiyyətindəki reytinqi ona qarşı birləşən qüvvələrin hamısının reytinqindən yüksəkdir. Onları da narahat edən məhz budur”.

 

Q.Hüseynli vurğulayıb ki, bu qüvvələr qorxur ki, Paşinyan yenə ən çox səsi toplamaqla Baş nazirlik postuna gəlsin: “Rusiya isə açıq-aşkar Qarabağ klanına dəstək verir. Seçkinin ədalətli keçirilməsinin təmin edilə bilməyəcəyi ehtimalı da ola bilər. Rusiya barmağını bu proseslərə qatsa, normal seçkilərdən danışmaq mümkün olmayacaq. Yenə də seçki qutuları dəyişdiriləcək və s. Paşinyanın tərəfdarları kifayət qədərdir. Çünki həmin şəxslər Paşinyanın simasında şəffaf seçkiləri görüb və bu şəffaf seçkilərin Ermənistanda normaya çevrilməsini istəyirlər. Paşinyanın son mitinqə əlində çəkiclə gəlməsi və müxtəlif təhdidlər səsləndirməsi ondan xəbər verir ki, Paşinyan ona qarşı qurulmuş oyunları qəbul etməyəcək”.

Mənbə: sia.az