“Ərdoğan dünya ağalığı həvəsi ilə yaşayan dövlətlərə böyük mesaj verdi” – VİDEO

“Ərdoğan dünya ağalığı həvəsi ilə yaşayan dövlətlərə böyük mesaj verdi” – VİDEO

“Türkiyənin çox hörmətli Cümhur başkanı Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərindən, oradakı çıxışından və bağlanan müqavilənin ardından Milli Məclisdə daha bir tarixi gün yaşadıq. R.T.Ərdoğanın parlamentdəki çıxışı çox möhtəşəm idi”.Turkustan.info xəbər verir ki, bu fikirləri APA TV-ə açıqlamasında Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

 

Millət vəkili qeyd edib ki, Ərdoğan çıxışında bir çox həqiqətləri dilə gətirib: “Həmin həqiqətlər bu məclisdə çox sadə görünür, amma dünyaya çox böyük mesaj idi. Ərdoğan bir sıra işğalçı ölkələrə, dünya ağalığı həvəsi ilə yaşayan dövlətlərə və dünyanın tək sahibi olmaq istəyən qüvvələrə çox böyük bir mesaj verdi.

Hər xalqın öz azadlıq haqqı var, hər xalqın öz birləşmək haqqı var. Türkiyə ilə Azərbaycan bir millət olduğu kimi, 2 dövlətin də birliyini, bərabərliyini yaratmalıyıq və yarada bilərik. Bu birlik əslində təkcə türklərə xidmət deyil, bölgəyə xidmətdir. Bununla Qafqaza dinclik, sülh və əmin-amanlıq gəlir”.

Deputatın şərhini daha ətraflı video materialdan izləyə bilərsiniz.

Mənbə: turkustan.info