Nikol Paşinyanın bloku məğlub olacaq - Azərbaycanda SORĞU

Nikol Paşinyanın bloku məğlub olacaq - Azərbaycanda SORĞU

Sosial Tədqiqatlar Mərkəzi Ermənistanda keçiriləcək növbədənkənar seçkilərə azərbaycanlı respondentlərin münasibətini öyrənib.

Sosial Tədqiqatlar Mərkəzindən KONKRET.az-a verilən məlumata görə, sorğuda iştirak edənlərin çox hissəsi (48.8%) 20 iyunda keçiriləcək növbədənkənar seçkilərdə Nikol Paşinyanın blokunun məğlub olacağını hesab edir: “Təxminən 21 faiz respondent bu sualı cavablandırmaqda çətinlik çəkib. MPG şirkətinin Ermənistan əhalisi arasında apardığı sorğuda da, Nikol Paşinyanın blokunun məğlub olacağını düşünənlər nisbətən daha çoxdur”.

 

Sabah kimin qalib olacağı, regionun gələcəyi ilə bağlı müzakirələrə çox böyük təsir göstərəcək. Ona görə də, əsas diqqət Ermənistanda keçiriləcək seçkilərə və bundan sonra baş verəcək proseslərə yönəlib.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Mənbə: konkret.az