Gürcüstan XİN başçısı REAL-a danışdı (VİDEO)

Gürcüstan XİN başçısı REAL-a danışdı (VİDEO)

Gürcüstanın xarici işlər naziri David Zalkaliani ölkəsinin Ermənistanın mina xəritələrini Azərbaycana qaytarması prosesində bundan sonra da vasitəçilik etməyə hazır olduğunu bildirib.

David Zalkanliani bu barədə REAL TV-yə ekskluziv müsahibə verib.

"Gürcüstanın baş naziri şəxsən özü amerikalı tərəfdaşlarla birlikdə bu prosesdə iştirak edirdi. Biz davam etməyə, gəcələkdə də prosesin asanlaşdırılmasında qurucu rol oynamağa hazırıq. Biz Tiflisi özümüzün də iştirakı ilə Azərbaycan və Ermənistan arasında dialoq yeri və platforması kimi təqdim edə bilərik. Platformada təkcə bu məsələ deyil, eyni zamanda, misal üçün iqtisadiyyat, mədəniyyət, insanlar arasında təmas və digər müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə oluna bilər. Çünki, bu, Cənubi Qafqazın 3 ölkəsi - Gürcüstan, Azərbaycan və Ermənistanın öz gələcək müqəddəratını müəyyən etməsi baxımından çox əhəmiyyətlidir. Öz gələcəyimiz barədə özümüz qərar verməli, regionda gərginliyi yatırmaq üçün bir-birimizlə danışmalıyıq."

Qeyd edək ki, Gürcüstan Ağdamdakı minaların xəritəsinin qaytırılmasında da vasitəçi rol oynayıb.

 

Mənbə: www.realtv.az