Daniel Davis: “Rusiyaya "iblis donu geyindirməyi" dayandırmaq lazımdır"

Daniel Davis: “Rusiyaya "iblis donu geyindirməyi" dayandırmaq lazımdır"

ABŞ-ın bir millət olaraq milli təhlükəsizliyi və həyat fəaliyyəti Moskva ilə əməkdaşlıqdan daha əhəmiyyətlidir.

Cebhe.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Prioritetləri Tədqiqat Fondunun baş elmi işçisi Daniel Davisin sözlərinə istinadən "19fortyfive" nəşri yazıb.

"İkitərəfli əlaqələri yaxşılaşdırmaq üçün Rusiyaya "iblis donu geyindirməyi" dayandırmaq lazımdır", - deyə Davis bildirib.

Onun sözlərinə görə, Rusiya ilə birlikdə işləmək ABŞ-ın maraqlarına cavab verir:

"Bu əməkdaşlıq nüvə müharibəsindən çəkinməkdə Vaşinqtona kömək edə bilər", - deyə Davis vurğulayıb.

Qeyd edək ki, Davis həmçinin Vaşinqton və Moskva arasındakı münasibətlərin illərdir davamlı pisləşməsinə baxmayaraq, iki dövlət başçılarının zirvə görüşünün nadir bir müsbət addım olduğunu qeyd edib.

Sevinc Tapdıqqızı
Cebhe.info

 

Mənbə: cebhe.info