Əfqanıstan Azərbaycana dəstəkdir - VİDEO

Əfqanıstan Azərbaycana dəstəkdir - VİDEO

Əfqanıstan cəsarətli Azərbaycan xalqını hər zaman dəstəkləyəcək və azad edilən ərazilərin bərpası prosesində də Azərbaycanın yanında olacaq.

Bu barədə Əfqanıstanın xarici işlər naziri Hanif Atmar REAL TV-yə açıqlama verib:

"Həyatın bütün aspektlərində - siyasət, təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət, eyni zamanda, təhsil sahəsində çox yaxşı əlaqələrimiz var. Azərbaycanla bu əlaqələri daha da genişləndirəcəyimizə ümid edirik. İcazə verin sizi ərazi bütövlüyünüzü bərpa etməyiniz münasibəti ilə də təbrik edim. Əfqanıstan Azərbaycanı – onun cəsarətli, ləyaqətli xalqını həmişə dəstəkləyəcək. Əfqanıstan azad edilən ərazilərin bərpası fəaliyyətində həmişə Azərbaycan xalqına dəstək göstərib. Həmişə Azərbaycan xalqının yanında olmuşuq. İnanıram ki, indi region ölkələrinin ciddi şəkildə sülh, sabitlik və əməkdaşlıq cəhdlərinə töfhə vermələri üçün vaxt yetişib. Artıq bir-birimizin ərazi bütövlüyünü təhdid etmək vaxtı deyil. Keçmişdə qarşılaşdığımız problemlər sülh danışıqlarında həll olunmalıdır."

 

Mənbə: www.realtv.az