NATO daxili kibermüdafiəni gücləndirmək üçün yeni sistemlər almağı planlaşdırır

NATO daxili kibermüdafiəni gücləndirmək üçün yeni sistemlər almağı planlaşdırır

NATO köhnəlmiş platformaları dəyişdirmək üçün yeni kibermüdafiə sistemləri satın almağı planlaşdırır.
Ordu.az xəbər verir ki, satınalma NATO-nun Rabitə və İnformasiya Agentliyi tərəfindən həyata keçirilir.

Proqram 2022-ci ilin əvvəllərində başlayacaq və dəyəri 27 milyon avro (və ya 32 milyon dollar) olacaq.

NATO bununla Alyansın daxilində kibermüdafiə tədbirlərini gücləndirməyi planlaşdırır.

Bundan başqa Agentlik NATO-nun kibermüdafiə qabiliyyətinə etibar yaratmağa çalışan yeni kibertəhlükəsizlik strategiyası hazırlayıb.

Qeyd edək ki, COVID-19 pandemiyası bütün dünyada olduğu kimi NATO-nun daxili kibertəhlükəsizliyinə təhdidlər yaradıb. Alyansın ötən il həyata keçirdiyi gizli videokonfransınların 6 qat, ümumi videokonfransların 20 qat artdığı bildirilir.

Sevinc Əliyeva
 

Mənbə: ordu.az