Niderland azərbaycanlıları: “Türk diasporu ilə fəaliyyətimiz daha da genişlənəcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı iyun ayının 15-də Şuşada tarixi əhəmiyyətli bəyannaməyə imza atıldı. Türkiyə və Azərbaycan prezidentləri iki ölkə arasında gələcəkdəki layihələri nəzərdə tutaraq önəmli və çoxşaxəli əməkdaşlığı rəsmiləşdirdilər.

Şuşa bəyannaməsinin əsas məğzi budur ki, müxtəlif ölkələrdə yaşayan diaspor təşkilatlarının və qurumların Azərbaycan və türklər arasında əməkdaşlığını daha da sıx inkişaf etdirməkdir.

Bununla bağlı Modern.az-a danışan azərbaycanlı diaspor nümayəndələri Şuşa bəyannaməsinin vacibliyini qeyd ediblər.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland və Belçikadakı yaşayan azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva Şuşa bəyannaməsinin Qurtuluş Günündə imzalanması bizə qürur hissi bəxş etdi:

“Təbii ki, Şuşa bəyannaməsi bizim hamımızı çox sevindirdi. Xüsusən də bunun Qurtuluş Günündə olması sevincimizi ikiyə qatdı. Bu il bütün bayramlar Qarabağda olduğuna görə çox sevinirik.

Lakin Qurtuluş Günün özəlliklə Şuşada olması, orada uğurlu müqavilələrə imza atılması xaricdə yaşayan azərbaycanlıları qürurlandırdı.

Xüsusən bir qarabağlı olaraq bunun məğrurluğunu yaşayır, fəxrini hiss edirəm. Diaspor təşkilatları olaraq da biz hər zaman buradakı türk diaspor təşkilatları ilə sıx əlaqədə olmuşuq. Bizim özümüz Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyi olaraq illərdir ki, Hollandiya-Türk Federasiyası ilə sıx əməkdaşlıq edirik. Bundan əlavə burada olan türk əsilli millət vəkillərimiz var ki, həmişə Qarabağ problemini dilə gətirərək, həqiqəti dünyaya çatdırmağa çalışıblar. Bundan sonraki fəaliyyətimizi daha da genişləndirəcəyik. Çünki biz iki dövlət bir millətik. Bir-birimizin sevincinə, kədərinə şərik olmalıyıq”.

Nəzrin Vahid

Modern.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Ukraynaya hərbi yardımı kəsib? - Ağ Evdən yayılan xəbərlərə təcili reaksiya gəldi

SONRAKI XƏBƏR

"Qarabağ Azərbaycandır!" futbol turnirinin finalçıları bəlli oldu