Amerikalı ekspert: “Azərbaycan-Ermənistan münaqişəsinin həllində diplomatik danışıqlar yolunun seçilməsi çox əhəmiyyətlidir”

Amerikalı ekspert: “Azərbaycan-Ermənistan münaqişəsinin həllində diplomatik danışıqlar yolunun seçilməsi çox əhəmiyyətlidir”

“Bu gün burada Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda, bölgədə sülhün həlli yönündə çox əhəmiyyətli panel keçirildi”.

Bunu APA-ya açıqlamasında amerikalı geopolitik, hərbi ekspert Riçard Outzen deyib.

O bildirib ki, dünyadakı bütün münaqişələrin həll yolu diplomatik fəaliyyətlərdən, dialoqdan keçir və Antalya Diplomatiya Forumunda (ADF) gündəmə gələn Cənubi Qafqaz mövzusunda keçirilən paneldə də aparılan müzakirələr bunu bir daha sübut etdi: “Antalya Diplomatik Forumuna dünyanın hər yerindən diplomatlar, ekspertlər gəlib burada müzakirələr, fikir mübadiləsi aparırlar. Səslənən problemlərə elm adamlarının baxışı xüsusilə əhəmiyyətlidir. Cənubi Qafqazdakı region ölkələrinin, xüsusilə münaqişə yaşayan Azərbaycan Ermənistan əməkdaşlıq əlaqələrinin imkanları burada müzakirə olundu, problemin həll yolları göstərildi, bu çox önəmlidir. Düşünürəm ki, bu kimi beynəlxalq tədbir gələcəkdə davam edəcək və dialoqların daha sivil, daha yaxşı keçirilməsinə kömək edəcək və Antalya Diplomatik Forumunun təşkil edən cənab Mövlud Çavuşoğluna təşəkkür edirəm ki, beynəlxalq əhəmiyyətli bu tədbirlə dünyanın diqqətini problemlərin diplomatik yolla həllinə cəlb edir”.

Mənbə: apa.az