ABŞ səfiri tezliklə Rusiyaya qayıdacaq

ABŞ səfiri tezliklə Rusiyaya qayıdacaq

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan tezliklə Moskvaya qayıdacaq. Azvision.az xəbər verir ki, bu barədə səfir özü bildirib.

Onun sözlərinə görrə, prezidentlər Vladimir Putin və Co Baydenin 16 iyunda Cenevrədə keçirilmiş sammitindən irəli gələn tapşırıqları yerinə yetirmək üçün tezliklə Moskvaya dönəcək.

“Vacib bir zirvədən sonra tezlikə Moskvaya qayıtmağı səbirsizliklə gözləyirəm", - səfir "Twitter"də qeyd edib.

Qeyd edək ki, ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq etməsinin ardınca hər iki ölkə məsləhətləşmələr üçün səfirlərini geri çağırmışdır.

Pərvanə Sultanova

 

Mənbə: azvision.az