BMT-dən xəbərdarlıq: "Gizli qlobal böhran yaranıb"

BMT-dən xəbərdarlıq: "Gizli qlobal böhran yaranıb"

Qlobal iqlim dəyişikliyinin təsiri ilə dünyanı darmadağın edən quraqlığı "gizli qlobal böhran" olaraq xarakterizə edən Birləşmiş Millətlər Təşkilatı, "quraqlığın növbəti pandemiyaya çevrilmək ərəfəsində olduğu" barədə xəbərdarlıq edib.

Cebhe.info xəbər verir ki, qlobal istiləşmə ilə yanaşı dünyanı əhatə edən iqlim dəyişikliyilə bu gün ciddi bir problem olaraq qalmağa davam edən quraqlıq, qlobal bir risk yaratmaqdadır. Birləşmiş Millətlər Təşkilatı (BMT) ölkələrin su, torpaq idarəçiliyi və iqlimin fövqəladə vəziyyətləri ilə əlaqədar təcili tədbirlər görmədiyi halda quraqlığın, növbəti epidemiyaya çevrilmə riski olan gizli bir qlobal böhran olduğunu elan edib.

BMT-nin "Fəlakət Riskinin Azaldılması üzrə Qlobal Qiymətləndirmə: Quraqlıq 2021" adlı hesabatında bu əsrdə ən azı 1,5 milyard insanın quraqlıqdan birbaşa təsirləndiyi və o dövr üçün təxmin edilən iqtisadi xərclərin 124 milyard dollar olduğu ifadə edilib.

Bu cür təxminlərə inkişaf etməkdə olan ölkələrdəki təsirlərin çoxunun daxil edilmədiyi, bu halda faktiki xərclərin dəfələrlə çox olduğu bildirilib. Məruzədə quraqlığın yalnız Afrikada deyil, artıq geniş yayıldığı və əsrin sonuna qədər bir neçə ölkə xaricində hər bir ölkənin quraqlığı bir şəkildə yaşayacağı vurğulanıb.

BMT Baş katibinin Fəlakət Risklərinin Azaldılması üzrə köməkçisi Mami Mizutori, "Quraqlıq növbəti pandemiyaya çevrilmək üzrədir və onu müalicə edəcək bir peyvənd yoxdur. Yaxın bir neçə ildə dünyanın əksəriyyəti su stresi yaşayacaq. Müəyyən dövrlərdə tələb təklifi üstələyəcək ”deyib.

Bundan əlavə, hesabatda iqlim dəyişikliyinə əlavə olaraq su mənbələrindən səmərəsiz istifadə, zəif əkinçilik təcrübəsi altında olan torpaqların pisləşməsi və meşələrin qırılmasının quraqlığa səbəb olduğu vurğulanıb.

Digər tərəfdən ABŞ Aviasiya və Kosmik Agentliyi (NASA) və Milli Okean və Atmosfer İdarəsi (NOAA) alimləri son 15 ildə dünyadakı enerji balanssızlığının təxminən iki dəfə artdığını açıqlayıblar. Buna görə də dünya, həyəcan verici səviyyələrdəki miqdarda istilik və radiasiyanı saxlayır. Bu da qlobal istiləşməyə və iqlim balanssızlığına səbəb olur.

Nigar

Mənbə: cebhe.info