"Nəşr olunan seçki nəticələri inandırıcı deyil" "ERMƏNİSTAN" BLOKU

"Nəşr olunan seçki nəticələri inandırıcı deyil" "ERMƏNİSTAN" BLOKU

Parlament seçkilərinin açıqlanmış nəticələri olduqca mübahisəlidir və etibarlı deyil. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" blokunun yaydığı bəyanatda deyilir.

"Bunlar, beynəlxalq fikirlər də daxil olmaqla, son 8 ayda şahidi olduğumuz ictimai həyatın müxtəlif təzahürləri ilə, ictimai fikir araşdırmalarının bütün nəticələri ilə həddindən artıq qarşıdurmaya girirlər və bu şəkildə çıxış edirlər" deyə bəyanatda bildirilir.
Vurğulanır ki, "kampaniya dövründə müxalifət qüvvələrinin son dərəcə izdihamlı mitinqləri, hakimiyyətin göründüyü kimi izdihamsız hadisələri, ölkədəki etimad böhranı tamamilə fərqli ictimai hisslərin mövcudluğundan xəbər verir".

Bəyanata görə, etimadsızlığın ən ciddi əsasları kimi seçki günü müxtəlif seçki məntəqələrindən "seçki nəticələrinin koordinasiya olunmasına və əvvəlcədən planlaşdırılan saxtalaşdırılmasına" işarə edən yüzlərlə hesabat var.

Qeyd olunur ki, "Ermənistan" bloku, bəyanatda deyildiyi kimi, dərhal başlayacaq olan qeydə alınmış və ehtimal olunan pozuntuların dərindən öyrənilməsi vəzifəsini ortaya qoyur.
"Bütün mübahisəli məsələlər dolğun bir izah alana və şübhələr ortadan qalxana qədər, Ermənistan bloku seçki nəticələrini qəbul etməyəcək", deyə bəyanatda qeyd edilir.

Xatırladaq ki, iyunun 20-də Ermənistanda erkən parlament seçkiləri keçirilib. Seçkilərdə 21 partiya və 4 blok iştirak edib. İlkin məlumatlara görə, seçkilərdə vətəndaşların 49.4%-i, yəni 1.281.174 nəfər iştirak edib. MSK-ya görə, Nikol Paşinyanın "Vətəndaş qüqaviləsi" partiyası 57.9% səs qazanmaqla liderlik edir. İkinci yerdə 18.99% səslə keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokudur.

Mənbə: sia.az