MDB və KTMT müşahidə missiyasından Ermənistakı seçkiyə -

MDB və KTMT müşahidə missiyasından Ermənistakı seçkiyə -

Ermənistanda parlament seçkiləri Konstitusiyaya və Seçki Məcəlləsinə uyğun olaraq keçirilib.

Teleqraf.com xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin sədr müavini, MDB-nin Ermənistandakı seçki müşahidə missiyasının rəhbəri İlxom Nematov bu gün keçirdikləri mətbuat konfransında deyib.

“MDB müşahidəçiləri seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı ciddi qanun pozuntusu qeydə almadılar. Seçki komissiyaları bütün səviyyələrdə hakimiyyət orqanlarının köməyi ilə seçkilərin yüksək səviyyədə keçirilməsini təmin edib”, - deyə MDB-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri bildirib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından olan müşahidəçilər də həmkarlarının fikirlərini bölüşüblər və Ermənistan parlamentinə seçkiləri baş tutmuş sayıblar. “Bəzi kiçik, sistemli olmayan çatışmazlıqlar olsa da seçkilər qanunvericiliyə tam uyğundur. Pandemiya şəraitində seçici fəallığı seçicilərin hisslərini əks etdirir”, - deyə KTMT PA müşahidəçilərinin koordinatoru Kanıbek İmnaliyev vurğulayıb.

Mənbə: teleqraf.com