Azərbaycan və Qazaxıstan XİN başçıları birbaşa aviareyslərin açılmasının vacibliyini qeyd ediblər

Azərbaycan və Qazaxıstan XİN başçıları birbaşa aviareyslərin açılmasının vacibliyini qeyd ediblər

“Pandemiya ilə əlaqədar məhdudiyyətlər aradan götürüldükdən sonra mədəniyyət, elm, təhsil, səhiyyə sahəsində birgə tədbirlərin həyata keçirilməsinin vacib olduğun qeyd edilib”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Xarici işlər naziri deyib ki, müzakirələrdə birbaşa aviareyslərin açılmasının vacibliyi xüsusi qeyd olunub: “Ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq mövcuddur. Bu istiqamətdə də bir sıra spesifik məsələlər müzakirə mövzusu olub. Azərbaycan Asiyada təhlükəsizliklə bağlı Qazaxıstanın təşəbbüsünü dəstəkləyib və dəstəyimiz bu istiqamətdə davam edəcək”.

Mənbə: apa.az