Azad olunan ərazilərdə 28 Azərbaycan vətəndaşı minaya düşərək həlak olub, 120-dən çoxu yaralanıb

Azad olunan ərazilərdə 28 Azərbaycan vətəndaşı minaya düşərək həlak olub, 120-dən çoxu yaralanıb

“Mina problemi qarşımızda duran çox ciddi məsələlərdən biridir. Ermənistanın minaladığı torpaqlarda minaların partlaması nəticəsində Azərbaycanın 28 vətəndaşı həlak olub, 120-dən artıq insan yaralanıb”.

“Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra bəyanatında deyib.

Nazir əlavə edib ki, Ermənistanın mina xəritələrini verməməsi vəziyyəti daha da mürəkkəbləşdirir.

Mənbə: report.az