Ermənistanda seçki pozuntuları ilə bağlı İstintaq Komitəsinə yeni materiallar daxil olub

Ermənistanda seçki pozuntuları ilə bağlı İstintaq Komitəsinə yeni materiallar daxil olub

Ermənistan İstintaq Komitəsinə seçki günü pozuntularla bağlı yeni materiallar və işlər daxil olub.

Trend erməni KİV-lərinə istinadən bildirir ki, Növbədənkənar parlament seçkilərində səsvermə günü pozuntularla əlaqədar komitəyə 87 material və 2 cinayət işi təqdim edilib.

64 iş başqa bir şəxsin əvəzinə yenidən səs vermə və ya səsvermə cəhdləri ilə, 19 hadisə isə səsvermənin gizliliyinin pozulması ilə əlaqədardır. 1 halda seçici seçki məntəqəsinə silahlı gəlib, 2 halda iradə hüququnun həyata keçirilməsinə maneə olduğu, 1 halda saxta bülletenlərin istehsalı və satışı qeydə alınıb.

Qeyd edək ki, silahlı bir vətəndaşın məntəqədə görünməsi ilə əlaqədar cinayət işi başlanıb. Qalan faktlar üçün materiallar araşdırılır.

 

Mənbə: az.trend.az