Azərbaycan müdafiə nazirinin müavini Moskvaya gedib

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 22-dən 24-dək keçiriləcək IX Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Samsung” şirkəti “Mutual Transfer Alliance” qrupuna üzv olub

SONRAKI XƏBƏR

Türkiyəli nazirdən Azərbaycanla birgə PUA istehsalı barədə AÇIQLAMA