İsveçdə növbədənkənar parlament seçkiləri keçiriləcək

İsveçdə növbədənkənar parlament seçkiləri keçiriləcək

İsveçin Baş naziri Stefan Löfvenə etimadsızlıq göstərilməsi ilə bağlı səsvermə keçirilib.

APA-nın “The Local Sweden”ə istinadən verdiyi xəbərə görə, səsvermənin nəticəsi Baş nazirin əleyhinə olub.

Bu isə ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi deməkdir.

COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərə baxmayaraq, 349 deputat parlament binasına gələrək səsvermədə iştirak edib.

Ümumilikdə 181 parlamentari Baş nazirə etimadsızlıq göstərilməsinin lehinə səs verib. Qərarın qəbul edilməsi üçün isə 175 səs kifayət edib.

Baş nazirin mətbuata bəyanatla çıxışı gözənilir.

Mənbə: apa.az