Ukrayna ilin sonuna qədər Fransadan sürətli patrul kateri alacaq

Ukrayna ilin sonuna qədər Fransadan sürətli patrul kateri alacaq

Fransada yerləşən OCEA şirkəti tərəfindən inşa edilən FPB 98 MKI sürətli patrul katerlərindən birincisi bu ilin sonunadək Ukraynaya təhvil veriləcək. Ordu.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri yazıb.

Ukrayna Dövlət Sərhəd Mühafizə Xidmətinə təhvil veriləcək 32 metrlik kater xüsusi iqtisadi zonada dəniz təhlükəsizliyi, hüquq-mühafizə üçün nəzərdə tutulub.

Xatırladaq ki, Ukrayna və OCEA arasında 2019-cu ildə Parisdə imzalanan müqaviləyə əsasən şirkət bu ölkəyə 20 ədəd qeyd olunan kater tədarük edəcək. Patrul katerinin 13 nəfərlik heyəti var.

 

Mənbə: ordu.az