İsrailli ekspert: “Ermənistan-İsrail münasibətləri siyasi xadimlərin dəyişməsindən asılı olmayacaq”

“İsraildə müxalif qruplaşmaların koalisiyası hakimiyyətə gəldi. Yair Lapidin partiyası hazırkı hakim partiyalardan ən böyüyüdür, lakin “Emina” fraksiyasının rəhbəri, xüsusi təyinatlı dəstənin keçmiş zabiti Naftali Benet Baş nazirə çevrilib. O, yüksək texnoloji sənayedə fərqlənib”. Ordu.az xəbər verir ki, bunu israilli ekspert Aviqdor Eskin deyib.

O bildirib ki, İsrailin siyasətində vacib dəyişikliklər gözlənilmir.

“Ermənistanla münasibətlərə gəlincə, bu, çətin ki, siyasi xadimlərin dəyişməsindən asılı olsun”, - deyə Eskin qeyd edib.

İsrailli ekspert vurğulayıb ki, İrəvan İsrail ilə münasibətlər üçün maraq göstərməlidir.

Alpər Mövludoğlu
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Qazilərimiz Türkiyə-İsveçrə oyununu izləyib (FOTOLAR)

SONRAKI XƏBƏR

Süruşa görə belə Robertə dəyər verilmədi...