245 nəfər Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilib

"Ölkə Prezidenti 245 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi ilə bağlı sərəncamlar imzalayıb".

APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, sərəncamların icrası ilə bağlı Dövlət Miqrasiya Xidmətində və regional miqrasiya idarələrində andiçmə mərasimləri keçirilib: "Prezident İlham Əliyevin sərəncamı ilə həmçinin Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən 11 nəfər Vətən müharibəsinin iştirakçılarının, şəhid və qazi ailələrinin yaxın üzvləri də vətəndaşlığa qəbul edilib. Şəhidlərimizin əziz ruhuna dərin ehtiramımızı bildirir, qazilərimizə möhkəm can sağlığı arzu edirik. Bütün yeni vətəndaşlarımızı təbrik edirik".

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Tokio-2020: Daha bir atletimiz lisenziya qazanmağa çox yaxındır

SONRAKI XƏBƏR

Boris Conson: Böyük Britaniya elm supergücünə çevriləcək