Ermənistanda partiya və blokların neçə mandat qazandığı açıqlandı

Ermənistanda partiya və blokların neçə mandat qazandığı açıqlandı

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan partiyasının parlamentdə 105 mandatdan ən azı 71-ni qazandığını açıqlayıb.

Bu barədə Nikol Paşinyan “Twitter” hesabında yazıb.

Artıq Ermənistan mətbuatı da siyasi partiya və blokların qanunverici orqanda nə qədər mandat qazandığını hesablayıb.

Belə ki, Ermənistan KİV “Vətəndaş sazişi” partiyasının 72, “Ermənistan” blokunun 27, “Mənim şərəfim var” blokunun isə 6 mandat qazandığını yazıb.

Mənbə: www.oxu.az