Gizli və açıq ittifaqlar: Türkiyə heç kimə güvənmir - Nə Rusiya, nə də NATO...

Gizli və açıq ittifaqlar: Türkiyə heç kimə güvənmir -  Nə Rusiya, nə də NATO...

“Türkiyənin başda Rusiya olmaqla daha sonra Çin ilə yürütdüyü müstəqil siyasəti Qərbi narahat edir. Qərb 1800-1923-cü illərdə olduğu kimi zəif, gücsüz Osmanlı dövlətini görmək istəyir”.

Bu fikirləri Türkiyənin Azərbaycandakı keçmiş hərbi ataşesi, general Yücel Karauz Metbuat.az-a özəl müsahibəsində bildirib. General “Türkiyə gələcəyini artıq qərbdə deyil, şərqdə görür?” sualına cavab olaraq bildirdi ki, Türkiyə hər hansı bir bir bloka bağlı bir ölkə deyildir.

“Türkiyənin yaxın gələcəkdəki işbirliklərinin Qərb deyil də, yaxın Şərqdə olmasını görmək də tam doğru olmazdı. Bunun birlikdə qarışıq olduğu bir yolu seçmək, zamanın və hadisələrin ruhuna uyğun hərəkət etmək lazımdır. Çünki, Türkiyə -Rusiya son 200 il ərzində 50 il savaşıblar. Biz Afrikada bir ölkə deyilik. Sadəcə Rusiyaya və ya Çinə güvənərək də, hərəkət etmək düzgün deyildir. Üç yüz milyonluq bir türk mədəniyyətini düşündüyümüz üçün tək yönümlü hərəkət də edə bilmərik”.

Yücel Karauz bildirdi ki, Türkiyə və Azərbaycan kimi dövlətlərin maraqları, milli mənafeylərinə uyğun olduğu təqdirdə, gərək duyduqları bir ölkə ilə işbirliyində maraq göstərirlər. Kor-koranə hansısa bir bloqu və ya ittifaqı seçmək iqtisadi və ya siyasi məqsədlər üzərindən addımlar atmaq ölkələrimizin xeyrinə olmayacaqdır.

“Strategiyanın bir neçə faktı var. Bunlar sürət, zaman və məkan faktıdır. Bu üç faktdan birinin dəyişməsi, pozisyalar da təsir edir.

Bir faktı qeyd etmək istəyirəm. Türkiyə 1952-ci ildən bəri NATO-nun üzvüdür. Amma NATO-ya üzv olmasına baxmayaraq, istər terrorla mübarizədə, istərsə də, kifayət qədər müasir silahlarla təmin etməməsi səbəbindən, Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün, həm Çinlə, həm Moskva ilə müəyyən siyasi işbirliyi qurdu. Bu əlaqələr ölkələr arasında iqtisadi əlaqələr baxımından da xüsusi əhəmiyyət kəsb edir. Türkiyə artıq regional güc olmaqla bərabər, həm Qafqazda,həm Yaxın Şərqdə (Suriya İraq) həmçinin Livanda böyük işlər görmüşür. Yəni Türkiyə nə yüz faiz NATO-ya bağlıdır, nə də Rusiyaya.Türkiyə müstəqil siyasət yürüdür".

Gülbəniz Hüseynli 

Mənbə: metbuat.az