Erməni ekspert: “Qarşıdakı aylarda Türkiyə və Azərbaycanla ikinci kapitulyasiya sənədini imzalayacağıq”

“Bu andan başlayaraq hamının bir-birini müxalifətin məğlubiyyətində ittiham etməyə başlayacağına görə əvəzində nəyə sahib olduğumuzu və nə etmək lazım olduğunu qeyd etməyi təklif edirəm”. Ordu.az xəbər verir ki, bunu erməni ekspert Varujan Qeğamyan deyib.

“Ermənistanda əhalinin 25 faiz səsi ilə kapitulyant yenidən seçildi. Təxminən 20 faiz insan onun əleyhinə səs verib, 50 faiz isə sadəcə olaraq iştirak etməyib.

Ermənistan qarşıdakı aylarda Türkiyə və Azərbaycanla ikinci kapitulyasiya sənədini imzalayacaq, bununla rəqib nəhayət Qarabağı, Sünikin türk dəhlizini, Tavuş və Ararat vilayətinin anklav ərazilərini alacaq.

Bunun qarşılığında Ermənistan yalnız açıq yollara sahib olan xəyal (özünüaldatma) alacaq”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
 

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirus xəstələri niyə çürüntü qoxusu hiss edir? – SƏBƏBİ

SONRAKI XƏBƏR

Sorosun "övladlıq"dan rədd etdiyi Paşinyan: "Revanşistlər artıq Qərbin nəzarəti altındadır" - Mehmet Perincek