İsveçin Baş naziri tarixdə ilk dəfə etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən uzaqlaşdırılıb. İyunun 21-də İsveç parlamenti (Riksdaq) ölkənin Baş naziri Stefan Löfvenin fəaliyyətini etimadsızlıq səsverməsinə çıxarıb.
AZƏRTAC xəbər verir ki, İsveç parlamentinin üzvləri səs çoxluğu ilə hazırkı hökumət başçısına etimadsızlıqlarını ifadə ediblər. Beləliklə, İsveç tarixində Stefan Löfven haqqında qeyri-etimad qərarı çıxarılan ilk hökumət başçısı olub.
Rauf Əliyev
Mənbə: azertag.az