Nə oldu Koçaryan? - VİDEO

Nə oldu Koçaryan? - VİDEO

66 yaşın rəqəmsal şeytanlığı işə yaramadı və Koçaryan seçkilərdə uduzdu. 2018-ci ildən ömrü məhkəmələrdə və həbslərdə keçən Robert, Ermənistanda yaranmış məğlubiyyət aurasından mənafeyi üçün istifadə etmək istədi və alınmadı.

Maraqlıdır ki, ilk dəfə 1998-ci ildə prezident seçilmiş Koçaryan bundan cəmi 2 il öncə xaç suyuna salınıb. Amma arxiyepiskop Martirosyanın bütün ciddi cəhdlərinə baxmayaraq Robertdə allaha inam və iman yaranmayıb.

Koçaryan özü də bunu etiraf etməkdən çəkinmirdi. Sitat. Görünür allaha inam insana uşaqlıqdan aşılanmalıdır məndə bu alınmadı. 66 yaşın rəqəmsal şeytabnlığı deyəndə məhz bunu nəzərədə tuturdum. İnamsız Robertin ermənilərə mənə inanın deməsi qəbul oluna bilməzdi.

Robert özünü Jan Valjan kimi təqdim edib Səfilləri aldatmağa çalışdı. Amma unutdu ki, müasir Fransa Hüqo mərhəməti ilə deyil, Makron siyasəti ilə idarə olunur. Zaman-zaman şillələnmək bahasına olsa da. Koçaryanın kitabı bağlandı.

Bundan sonra o öz adını Ermənistan kitabının mündəricatında görməklə təsəlli tapacaq.

Mənbə: www.realtv.az