Polşa “Bayraktar TB2” PUA-larını sərhədlərində istifadə edəcək

Polşa “Bayraktar TB2” PUA-larını sərhədlərində istifadə edəcək

Polşa Türkiyədən satın aldığı “Bayraktar TB2” zərbə PUA-larını sərhədlərində istifadə etməyi planlaşdırır. Ordu.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər naziri Zbiqniev Rau məlumat verib.

“PUA-ların Polşa ordusunun potensialını artıracaqlarına və NATO-nun şərq sərhədlərinin gücləndirilməsinə kömək edəcəklərinə əminik”, - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, Polşa və Türkiyə sərhədlərində təhlükəsizlik təhdidləri ilə qarşılaşırlar.

Qeyd edək ki, ötən ay Polşa Türkiyədən 24 ədəd “Bayraktar TB2” zərbə PUA-ları alıb. Bundan əlavə, Ankara NATO-nun hava patrul missiyası çərçivəsində Polşaya F-16 qırıcılarını göndərəcək.

Sevinc Əliyeva

 

Mənbə: ordu.az