Köçəryan Konstitusiya Məhkəməsinə şikayət edəcək

Köçəryan Konstitusiya Məhkəməsinə şikayət edəcək

““Ermənistan” bloku növbədənkənar parlament seçkilərində səsvermənin nəticələrini tanımır və Konstitusiya Məhkəməsinə müraciət edəcək”.

Cebhe.info-nun məlumatına görə, “Ermənistan” blokuna daxil olan Dirəçələn Ermənistan Partiyasının sədri Vahe Hakopyan belə açıqlama verib.

“Seçkilərin nəticələri gözlənilməz oldu. Onlara şübhə edirik və inzibati resursların , mobil qrupların və hərbi qulluqçuların istifadəsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəyik. Əgər inzibati resurs olmasaydı, açıq-aşkar çoxluq təşkil edə bilməzdilər. Tam məlumat almaq üçün seçki məntəqələrində aşkar qanun pozuntularını qeydə alan qərargah rəhbərlərimizi qərargaha dəvət etmişik”,-deyə Hakopyan bəyan edib.

Onun sözlərinə görə, seçkilərdə inzibati resursdan maksimum istifadə olunub. “Əllərindən gələn hər şeyi etdilər: təhdid, qorxutmaq, vəd vermək, vəzifələr vermək. Hərbçiləri Sünikə gətirərək Nikol Paşinyanın lehinə səs verdirdilər. Şurnuxada 9 nəfər Nikolun lehinə səs verdi. Yenə də biz belə nəticə gözləmirdik”,- Vahe Hakopyan bildirib.

Müşfiq Abdulla

Mənbə: cebhe.info