Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiqlənib

Prezident İlham Əliyev “Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, “Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.3-cü və 2.5-ci bəndləri 2021-ci il noyabrın 1-dən qüvvəyə minir.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bu məşhurdan ayrılıb başqası ilə sevgili oldu - FOTO

SONRAKI XƏBƏR

Avropa çempionatı: Basketbol millimiz İsrailə yollanır