Lukaşenkonun ailəsinə də sanksiya tətbiq edilir – Nazirlər, deputatlar, prokurorlar “qara siyahıda”

Avropa Birliyinin (AB) xarici işlər nazirləri Belarusun onlarla rəsmisi və qurumuna yeni sanksiyaları təsdiqləyib. Ölkənin avtoritar lideri Aleksandr Lukaşenkonun ailə üzvləri də onların sırasındadır.

78 fərd və 8 qurumun salındığı siyahının iyunun 21-də AB-nin rəsmi jurnalında dərc olunacağı gözlənilir. Siyahıda deputatlar, prokurorlar, hakimlər və digər rəsmilərin adları var. AB onları ciddi insan haqları pozuntularında, hüququn aliliyinə ciddi ziyan vurmaqda ittiham edir.

Lukaşenkonun oğlu Dmitri, böyük oğlunun həyat yoldaşı Liliyanın adları da sanksiya siyahısına salınıb. Siyahıda olanların “Lukaşenko rejimindən faydalandığı və onu dəstəklədiyi” bildirilir.

Sanksiyalara aktivlərin dondurulması, viza qadağaları daxildir.

AB rəsmiləri Belarus iqtisadiyyatına zərbə vurmağı hədəfləyən daha geniş tədbirlərə də hazırlaşır. Blokun xarici siyasət rəhbəri Jozep Borel Luksemburqda görüş öncəsi jurnalistlərə deyib ki, daha geniş, yeni sanksiyalar paketini təsdiqləyəcəyik.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Putini müdrik sayan rusların sayı 2 dəfə azaldı - Sorğu

SONRAKI XƏBƏR

Metroda maskalara nəzarət üçün tədbirlər gücləndirilib