Putini müdrik sayan rusların sayı 2 dəfə azaldı - Sorğu

Putini müdrik sayan rusların sayı 2 dəfə azaldı - Sorğu

Rusiya Prezidenti Vladimir Putinin müdrik tarixi şəxsiyyət hesab edənlərin sayı 2 dəfə azalıb.

Axar.az xəbər verir ki, bu nəticə “Levada Çentr” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Məlumata görə, Putini müdrik tarixi şəxsiyyət sayanların sayı 34%-dən 15%-ə düşüb.

Bundan başqa məşhur şair Aleksandr Puşkini müdrik sayanlar 34%-dən 23%-ə, I Pyotrla bağlı isə 29%-dən 19%-ə qədər azalıb.

Şirkət rusların hələ də ən müdrik şəxs olaraq İosif Stalini gördüklərini bildirib. Belə ki, Stalini respondentlərin 39%-i müdrik adlandırıb.

Mənbə: axar.az