Angela Merkel: "Türkiyəyə miqrantlarla bağlı maliyə yardımı davam etməlidir"

Angela Merkel: "Türkiyəyə miqrantlarla bağlı maliyə yardımı davam etməlidir"

"Türkiyəyə miqrantlarla bağlı maliyə yardımı davam etməlidir".

"Report" xəbər verir ki, bunu Almaniyanın kansleri Angela Merkel İtaliyanın baş naziri Mario Draqi ilə keçirdiyi görüşdə bildirib.

O, 3 milyondan çox miqrantı qəbul edən Türkiyəyə Avropa İttifaqı tərəfindən maliyə dəstəyinin davam etdirilməsinin vacib olduğunu vurğulayıb.

A.Merkel Aİ-nın Türkiyəyə dəstəyinin davam etməsinin lazım olduğunu da söyləyib: "Düşünürəm ki, hər birimiz Türkiyənin əməkdaşlığı olmadan prosesə davam edə bilməyəcəyimizi qəbul edirik".

Mənbə: report.az