İranlı rəsmi Rəisinin dövrünün xarici siyasətindən danışdı

İranlı rəsmi Rəisinin dövrünün xarici siyasətindən danışdı

Eastnews.org-un verdiyi xəbərə görə, İran Parlamenti sədrinin xüsusi müşaviri Əmir Abdullahiyan CNN-ə İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin xarici siyasətindən və gələcək hökumətindən danışıb.

Əmir Abdullahiyan Ayətullah Rəisinin prezidentliyi dövründə İran hökumətinin xarici siyasətinin dinamik, məntiqli və hər sahədə İranın mənafeyinə xidmət edəcək söyləyib.

Abdullahiyan Ayətullah Rəisi dövründə İran və ABŞ arasındakı əlaqələr barədə olan suala "ABŞ həmişə fürsətləri əldən verdi. İranla münasibətlərin necə olacağına qərar vermək Amerika tərəfinin davranışından asılıdır", - deyib.

 

Mənbə: eastnews.org