Erməni jurnalistin Koçaryana verdiyi sual sosial şəbəkələrdə geniş müzakirə olunur

Erməni jurnalistin Koçaryana verdiyi sual sosial şəbəkələrdə geniş müzakirə olunur

Factor.am-ın müxbiri Narek Kirakosyanın Ermənistanın ikinci prezidenti Robert Koçaryana sualı sosial şəbəkələrdə geniş müzakirə olunub.

KONKRET.az erməni portallarına istinadən xəbər verir ki, jurnalist Koçaryana belə sual verib:

“Cənab Koçaryan, üç ildir Nikol Paşinyan hökümətinin siyasəti nəticəsində dövlətimizin başına gələnləri, bir çox iqtisadi və sosial problemləri gördük. Ancaq görəsən siz nə etmişdiniz ki, bütün bunlardan sonra erməni vətəndaşları yenidən sizin üçün deyil, bu qədər problemə səbəb olan hökumətə səs verdilər. Onların bağışlaya bilmədiyi nəyi etdiniz?

Robert Köçəryan – Sualı başa düşmürəm…”

Robert Koçaryan sualı yaxşı başa düşüb, sadəcə cavab verməyə çətinlik çəkib. Axı erməni xalqı korrupsioner prezident olmuş liderə nə üçün yenidən səs verməli idi?

Natiq Səlim,

KONKRET.az

Mənbə: konkret.az