"Paşinyanın qələbəsi Qarabağın ermənilər üçün əhəmiyyətsizliyini göstərdi"

"Paşinyanın qələbəsi Qarabağın ermənilər üçün əhəmiyyətsizliyini göstərdi"

"Paşinyanın yenidən seçilməsi "Artsax"ın (Qarabağ-red.) itirilməsinin ermənilər üçün heç bir məna daşımadığını göstərdi". Azvision.az xəbər verir ki, bunu rusiyalı politoloq Yevqeni Satanovski deyib. Satanovski xatırladıb ki, Rusiya Paşinyana müharibəni bitirmək üçün əlverişli variantlar təklif etsə də, o bunu rədd etmişdi. Nəticədə Şuşa kimi şəhər də əldən çıxdı və Bakıda ermənilər üçün aşağılayıcı sayılan parad da reallaşdı.

"Artıq Ermənistanda klassik həqiqətlər işləmir! Ermənistanda populizm işləyir. Populizm populistlər üçün yaxşıdır. Bəs ölkə necə yaşayacaq? Ermənistan bu dünyada Rusiyadan başqa heç kim üçün maraqlı deyil. Qarabağdakı sülhməramlıların da əbədi olmadığını başa düşmək lazımdır. Rusiyasız isə Xankəndində heç bir erməni qalmayacaq"-,deyə rusiyalı ekspert bildirb.

Tural Tağıyev


 

Mənbə: azvision.az