Pakistan-Azərbaycan əlaqələri (VİDEO)

Azərbaycan-Pakistan münasibətlərinin tarixi 30 ilə dayanır. Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan 3-cü ölkə Pakistan olub. 1991-ci ildə müstəqilliymizi tanıyan Pakistanla diplomatik münasibətlər 1992-ci ildə qurulub. Bununla da ölkələrimiz arasında əlaqələr illərdir ki, uğurla inkişaf edir. Xüsusilə İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi fəal dəstək əməkdaşlığımızın mühüm elementi kimi xarakterizə olunur.

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edərkən bunu bir daha diqqətə çatdırıb.

Hazırda Azərbaycanla Pakistan araslnda müdafiə və müdafiə sənayesi sahələrində tərəfdaşlıq nümayiş etdirilir. Bu da ölkələrimizin hərbi potensialını gücləndirir. Qarşıdakı illərdə hərbi əməkdaşlığımızın daha da genişləncək və birgə hərbi təlimlərin keçirilməsi planlaşdırılır.

Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə münasibətlər daha da inkişaf edib. Pakistan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib, rəsmi İrəvanı təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib.

1995-ci ilin oktyabrında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb. 1996-cı ildə İki ölkənin münasibətlərin inkişafına xüsusi təkan verən 9 sənəd imzalanıb. Azərbaycan və Pakistan prezidentləri Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-brilərini dəstəklədiklərini bəyan ediblər. Bakıda Pakistanın, 1997-ci ilidə isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb. 2002-ci ildə hökumətlər arasında Müdafiə və Hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.

2003-cü ilin oktyabrında Azərbaycan Prezidenti seçilən İlham Əliyev də Pakistanla münasibətlərin inkişaf etdirilməsinə töhvə verib. Narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında, beynəlxalq terrorçuluq, turizm, gömrük işi sahəsində Birgə Bəyannamə, Nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə və təhsil sahəsində isə 6 əməkdaşlıq sazişi imzalanıb.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda mərkəzi rayon yaradılır

SONRAKI XƏBƏR

Həyatında ilk dəfə zinət əşyası taxdığını etiraf etdi