Ayvazyan mina xəritələrinin verilməsi prosesini pozdu - Qriqoryan

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sabiq xarici işlər naziri Ara Ayvazyanı erməni məhbusların geri qaytarılması prosesini pozmaqda günahlandırıb.

Azvision.az bu barədə erməni KİV-lərə istinadla xəbər verir.
O bildirib ki, mayın 27-dək məhbus məsələsi həll olunmadı.

"Ayvazyan tərəfdaşlarımıza onsuz da təhvil verdiyimiz minalanmış sahələrin xəritələrinin olmadığını bildirdi. Onun istefasından sonra bu məsələ həllini tapdı", - Qriqoryan əlavə edib.

Bildirib ki, Ayvazyan təkcə yalan danışmadı, həm də məhbusların geri qaytarılması prosesini pozdu. O hesab edir ki, keçmiş nazirin təhlükəsizlik məsələlərini həll etmək istəyi olmayıb, Ayvazyanın məqsədi yalnız siyasi komandaya, baş nazir vəzifəsini icra edən Nikol Paşinyana problem yaratmaq idi.

"Problemin niyə uzun müddət həll olunmadığı, Ayvazyanın istefasından və danışıqlarda iştirak etməyi dayandırmasından dərhal sonra məsələnin həllini tapması sizdə sual yaratmır?”, - Qriqoryan söyləyib.

Hakimiyyətin məhbusların geri qaytarılması üçün minalanmış ərazi xəritələrini təhvil verməyə davam edib-etməyəcəyinə gəlincə, Qriqoryan deyib ki, Ermənistan rəhbərliyi istənilən konstruktiv hərəkətə eyni şəkildə cavab verməyə hazırdır.

Qeyd edək ki, Ara Ayvazyan 27 may tarixində istefa verib. Onun ardınca XİN rəhbərinin daha 4 müavini vəsifəsindən ayrılıb.


 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Sumqayıtda usta hündürlükdən yıxılaraq ölüb

SONRAKI XƏBƏR

Tarixi Şuşa Bəyannaməsinin əhəmiyyəti - VİDEO