Tarixi Şuşa Bəyannaməsinin əhəmiyyəti - VİDEO

Tarixi Şuşa Bəyannaməsinin əhəmiyyəti - VİDEO

İyunun 15-də Şuşada Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa bəyannaməsi 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin qorunmasında mühüm rol oynayır.

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri Etibar Məmmədov REAL-a açıqlamasında bildirdi. Onun sözlərinə görə, Şuşa bəyannaməsinin imzalanmasının Qars müqaviləsinin 100 illiyinə təsadüf etməsi tarixi hadisədir. Çünki o dövrlərdə Qars müqaviləsi necə Naxçıvanın xilas yolu oldusa, Şuşa bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünün qorunması baxımından eyni rolu oynayır.

Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri Etibar Məmmədov bildirdi ki, bu müqavilənin əsas şərtlərindən biri də kommunikasiya xətlərinin açılmasıdır. Ermənistan da məğlub olan tərəf kimi Azırbaycanla hesablaşmalıdır.

Tarixi bəyannamənin Azərbaycanda fəaliyyət göstərən 48 partiya tərəfindən dəstəkləndiyini təqdir edən Etibar Məmməov yerdə qalan iki partiyanın – Azərbayan Xalq Cəbhəsi və Müsavat partiyalarının bu addımını anlaşılmaq hedav edir.

Onun sözlərinə görə, eybi soykökə sahib olan iki dövlətin bu tarixi sənədə imza atması bir-birinə dəstək verçəsinə və gələcək perspektivlərə hesablanıb.

REAL

 

Mənbə: www.realtv.az