AŞPA-da sosial media müzakirələri (VİDEO)

AŞPA-da sosial media müzakirələri (VİDEO)

İctimai inamsızlığı saxta və sensasiyalı məlumatlar yaradır. Bunu Milli Məclisin deputatı Kamal Cəfərov AŞPA-nın yay sessiyası çərçivəsində “Media azadlığı, ictimai etibar və vətəndaşların bilmək hüququ” adlı məruzə ətrafında çıxışı zamanı deyib.

O çıxışında, ənənəvi medianın artıq sosial mediaya uduzduğunu, ictimai məkanı saxta və yalan məlumatların zəbt etdiyini bildirib.

Kamal Cəfərov müzakirə olunan hesabata toxunaraq qeyd edib ki, bu hesabatın yalnız “ənənəvi” mediaya və onun azadlığına, eləcə də insanların məlumat əldə etmək hüququna diqqət yetirdiyini nəzərə alsaq, bu dəqiq və müasir çağırışlara uyğun nəticələrə gətirib çıxara bilməyəcək, çünki biz artıq ənənəvi dünyada yaşamırıq.

 

Mənbə: www.realtv.az