“Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası

Ermənistanda keçirilən prezident seçkilərindən sonra da siyasi böhran bitmək bilmir. Ölkədə yaranmış xaos siyasiləri və vətəndaşları narahat etməkdə davam edir.

Son günlər Ermənistan rəsmiləri, mətbuatı müxtəlif fikirlərlə, iddialarla çıxış etməkdə davam edirlər. Belə ki, “Beynəlxalq insan inkişafı mərkəzi”nin rəhbəri Tevan Poqosyan açıqlaması zamanı bildirib ki, qarşıdakı dönəmdə Ermənistana beynəlxalq təzyiqlər artacaq. Onun fikrincə, beynəlxalq ictimaiyyət qonşu dövlətlərlə sülhə getməsi, ərazi iddialarında geri çəkilməsi üçün Ermənistana təzyiq edəcək.

“Növbədənkənar parlament seçkiləri Ermənistanı üzləşdiyi böhrandan çıxarmadı, əksinə, siyasi böhranı daha da dərinləşdirdi. Bizdən beynəlxalq sazişin imzalanması tələb olunacaq və bu da Ermənistan tərəfini Qarabağ məsələsini hüquqi baxımdan müdafiə etməkdən məhrum edəcək. Ermənistan kiçilməyə doğru gedəcək”- deyə o qeyd edib.

Onun fikrincə, Ermənistandakı seçkilər əminlik yaratdı ki, Azərbaycan və Türkiyə zərurət yarandıqda seçkiöncəsi proseslərə müdaxilə və ya təsir edib öz maraqlarını təmin edə bilirlər. Poqosyan hesab edir ki, hazırda Azərbaycan və Türkiyə Ermənistanda kimi istəsələr, hakimiyyətə gətirə bilərlər.

“Azərbaycan və Türkiyədə deyirlər: “Böhran vəziyətində zərurət yaranarsa, istəyimizə uyğun olaraq seçkilər təşkil edib istədiyimiz namizədi hakimiyyətə gətirib Ermənistandakı seçkiləri hər zaman uda bilərik”.

Bundan əlavə yerli mətbuat yazır ki, Paşinyan yaxın zamanlarda Azərbaycanla sülh sazişi imzalamağa hazırlaşır. Qəzetin yazdığına görə, onlar Azərbaycanla sülh sazişinin hansı məzmunda imzalancağı və bunun nə zaman baş tutacağı barədə də məlumata malikdirlər.

“Nikol Paşinyan çox güman ki, payızda - sentyabr ayında saziş imzalayacaq və bununla da faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq”- deyə Ermənistan mediası yazır.

Qeyd edək ki, Ermənistanın yekun sülh sazişi imazalayacağı barədə xəbərlər sosial şəbəkələr geniş yayılıb. Bildirilir ki, sazişə əsasən Ermənistan Azərbaycan və Türkiyə ilə tam diplomatik əlaqələr qurmağa hazırlaşır. İrəvan bundan sonra iqtisadi blokadadan çıxıb inkişaf yoluna çıxmağı hədəfləyir.

Leyla Mirzə

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Bayden: "Pandemiya məhdudiyyətləri yayda götürülsə cinayətlər artacaq"

SONRAKI XƏBƏR

Tiqran Abramyan - Qarabağ ermənilərinin gələcəyə olan son ümidləri də puç oldu