AB-dən xəbərdarlıq: Delta ştammına bu şəxslər yoluxacaq

AB-dən xəbərdarlıq: Delta ştammına bu şəxslər yoluxacaq

2021-ci ilin sentyabrına qədər Avropa Birliyində COVİD-19-a yoluxmaların 90%-i delta ştammı ilə əlaqəli olacaq.

Axar.az xəbər verir ki, bu məlumatı Avropanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin mətbuat xidməti yayıb.

Mərkəz delta ştammının yay boyunca geniş dövr edəcəyini və əsas hədəfinin xüsusilə AB-dəki vaksin olunmayan gənc insanlar olacağını bildirib.

Mənbə: axar.az