Tiqran Abramyan - Qarabağ ermənilərinin gələcəyə olan son ümidləri də puç oldu

Tiqran Abramyan - Qarabağ ermənilərinin gələcəyə olan son ümidləri də puç oldu

"Qarabağdakı son etirazlar fərqli nöqteyi-nəzərdən təhlil edilməlidir".

Eurasia Diary xəbər verir ki, bunu Ermənistanın "Enaket" analitik mərkəzinin rəhbəri Tiqran Abrahamyan özünün Facebook səhifəsində deyib.

Abrahamyanın fikrincə, bu etirazlara Dağlıq Qarabağdakı erməni separatçılarının lideri Arayik Arutyunyanın "seçki günü Ermənistanın hakim qüvvəsinin ofisinə gəlməsi, daha əvvəl göstərdiyi vasitəçilik dəstəyi və seçki sonrası onu təbrik etməsi səbəb olub".

Abrahamyan, Rusiyanın sülhməramlı kontingentinin nəzarəti altında olan Qarabağın bu hissəsindəki erməni əhalisinin narazılıq səbəbini başqa şeydə görür: “Əslində hər şey çox aydındır. Qarabağ sakinlərinin böyük əksəriyyəti problemlərinin həllini Ermənistanda hakimiyyətin dəyişilməsində görürdülər. Bu həm daxili problemlərə, həm də Qarabağ ətrafındakı vəziyyətə aiddir. Hazırki hakimiyyətin yenidən seçilməsi isə gələcəyə olan ümidləri puç etdi".

Abrahamyan hesab edir ki, hakimiyyətin yenidən eyni qüvvələr tərəfindən formalaşdırılması burada Qarabağın son təslimatı kimi qəbul edilir.

Mənbə: ednews.net