Bayden: "Pandemiya məhdudiyyətləri yayda götürülsə cinayətlər artacaq"


ABŞ prezidenti Co Bayden ölkədə koronavirusa görə qoyulan məhdudiyyətlərin hazırda götürülməsinin təhlükəli olduğunu bildirib.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Bayden verdiyi açıqlama zamanı ABŞ-da yay aylarında cinayətlərin artdığına diqqət çəkib. O bildirib ki, hazırda koronavirus məhdudiyyətlərinin qaldırılması təhlükəlidir:
“Pandemiya ilə əlaqədar qoyulmuş məhdudiyyətlərin tədricən götürülməsi ABŞ-da cinayətlərin artmasına səbəb ola bilər. Cinayət hadisələri ənənəvi olaraq yaz aylarında yüksəlir. Qadağaları məhz bu aylarda ləğv etsək yayda artan cinayət hadisələri daha da çoxala bilər”.
Qeyd edək ki, ABŞ dünya ölkələri arasında koronavirusa yoluxma hallarının ən çox qeydə alındığı ölkədir. Orada bu günə qədər 34 milyon 449 min 4 nəfər koronavirusa yoluxub, 618 min 294 nəfər isə dünyasını dəyişib.

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Hindistanda yaşlı qadına məcburi COVID-19 peyvəndi vuruldu – VİDEO

SONRAKI XƏBƏR

“Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası