Ermənistanın yeni XİN rəhbəri kim olacaq? – İddia

Ermənistanın yeni XİN rəhbəri kim olacaq? – İddia

Parlamentdəki hakim “Mənim addımım” blokundan olan millət vəkili Ruben Rubinyan Ermənistanın xarici işlər naziri və ya nazir müavini vəzifəsini tuta bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazıb.

“Hakimiyyət problemlə qarşılaşıb və yaxın gələcəkdə Xarici İşlər Nazirliyinə nazir və nazir müavinləri təyin etməlidir. Hakim “Vətəndaş Müqaviləsi” tərəfində bu mövzuda qızğın bir müzakirə var. Bu vəzifəyə Rusiya üçün məqbul olacaq bir adam təyin edilməlidir. Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hətta öz siyasi komandasından kənar adamlar arasında da namizəd axtarır”, – deyə qəzet yazır.

Mənbə: yenisabah.az