Paşinyan Moskvaya nümayəndə heyəti göndərir - Rusiya hərbi bazasını Ermənistanda yerləşdirəcək

Paşinyan Moskvaya nümayəndə heyəti göndərir - Rusiya hərbi bazasını Ermənistanda yerləşdirəcək

Paşinyan Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşməsini müzakirə etmək üçün, Moskvaya nümayəndə heyəti göndərəcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, danışıqlar 26 iyunda başlayacaq və 1 iyula qədər davam edəcək.

 

Müzakirələrdə Rusiya hərbi bazasının Ermənistanda yerləşməsi və istismarı üçün zəruri olan torpaq sahələrinin, eləcə də daşınmaz əmlakın Kremlə verilməsi ilə bağlı məsələlərə baxılacaq.

Mənbə: konkret.az