Regionun əsas inkişaf dəhlizi - VİDEO

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə regionda yeni reallıqlar yaratdı.

Bu reallıqlar isə yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Türkiyə və Rusiya başda olmaqla, bütün region dövlətlərinin, eləcə də türk dünyasının ümumi maraqlarına xidmət edir.

Regionun əsas nəqliyyat xətti olacaq olacaq Zəngəzur dəhlizi də bu reallığın bir hissəsidir.

Millət vəkilinin sözlətinə görə Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyəni birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaq.

“Zəngəzur dəhlizi”ndən istifadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın, yükdaşımaların həcminin daha da artmasına gətirib çıxaracaq.

Cavid Osmanov onuda bildirdi ki, artıq Ermənistanın bir yolu qalıb, o da Azərbaycanla münasibətlərini yaxşılaşdırmaq, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmək, altılıq platformaya qoşulmaq və Zəngəzur dəhlizinə töhvə vermək... Belə olmayacağı təqdirdə rəsmi İrəvan region ölkələr üçün yük olacaq.

REAL

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda məşhurların lüks avtomobillərdə kobud qayda pozuntusu - VİDEO

SONRAKI XƏBƏR

Vətən müharibəsinin qəhrəmanı - VİDEO